"Şikayətim "Kontakt Home"dandır. 05.08.2022-ci il tarixində “Neftçilər” filialından a33 model telefon götürdüm, telefonda fabrik problemi çıxdı..."

Bunu "Müştəriyəm, Şikayətim Var" sosial qrupundakı paylaşımında Əli Nağı adlı istifadəçi yazıb.

Şikayətçinin qeydlərini bəzi redaktələrlə təqdim edirik: "Telefon qızırdı və ekran donurdu. 18.08.2022-ci il tarixində Zaqatala filialina video subutlarla təhvil verdim, lakin əməkdaşlar bütün Samsung telefonlarında eyni problem olduğunu və s. dedilər. Çox güman ki, vaxt itkisi olacağını və servisə göndərməməyimi məsləhət bildilər. Nəysə… qısaca, telefonu 5-də götürüb, 11- i tarixindən istifadə olunub, gün ərzində fasilələrlə maksimum 6 saat istifadə olunub, oyun və s. yüklənməyib qətiyyən. Sübutların hamısını rəy bölməsinə daxil edəcəm.

"Kontakt Home" və əməkdaşları eyni halı siz yaşasaz nə edərdiz? Samsungdu donur, qızır və s. deyib istifadəyə davam edəcəkdiz? Zəhmət olmasa, ədalətlə və insafla görün işinizi".

Qeyd edək ki, "Kontakt Home"dan sözügedən şikayətlə bağlı açıqlama verilib: "Salam, Nağı bəy. Daxil olmuş müraciətiniz əsasında məsələ artıq araşdırılıb. Qeyd edək ki, donma halları hər zaman telefonda nasazlıq olduğunu göstərmir. Sadəcə olaraq telefonu təyinatına uyğun bir şəkildə istifadə etməməklə əlaqədar ola bilər, Ola bilsin ki, ekspertlər məhsula baxış keçirdikdən sonra nasazlıq aşkar etmədiyi üçün ilkin məlumatı olaraq, bu halın normal olduğunu sizə bildiriliblər.

Yenidən müraciət etdiyiniz zaman, yəni, 19.08.2022-ci il tarixində mobil cihazınız artıq əməkdaşlarımız tərəfindən mağazada təhvil alınaraq, 20.08.2022-ci il tarixində diaqnostika üçün servis mərkəzinə yönləndirilib. Diaqnostika 14 iş günü ərzində həyata keçirilir. Sizdən bu müddət ərzində gözləməyinizi xahiş edirik".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN