Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş tədbirlər sayəsində Şəki rayonunun Kiş kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın

daha geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.

TEZADLAR.AZ xəbər verir ki, yanğın nəticəsində ilkin məlumata əsasən, təxminən 50 hektar sahədə əsasən kol-kos və otluq ərazi yanıb. Relyefin mürəkkəbliyinə, havanın yüksək temperaturuna baxmayaraq, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində meşə zolağı yanğından mühafizə olunub.

***

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

İlkin məlumata əsasən, təxminən 1 hektar sahədə əsasən kol-kos, qurumuş ağac kötükləri və qismən ağaclar yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin bir ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN