Arzuman İsmayılov

Sumqayıt Elektrik Şəbəkəsinin istismar üzrə mühəndisi Quliyev Anar Ələmqulu oğlu Azərbaycan Respublikasının Prezidentinə və digər aidiyyəti qurumlara müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

"Möhtərəm cənab Prezident!

Sumqayıt Elektrik Şəbəkəsinin rəisi Arzuman İsmayılovun rüşvətxorluğu, korrupsioner əməlləri barədə dəfələrlə məlumat verməyimə baxmayaraq, barəsində heç bir tədbir görülmür. Buna görə də Arzuman İsmayılov yeni özbaşınalıqlara yol verərək dövlətin və “Azərişığ”ın “cibinə girməkdə” davam edir.

Belə ki, 2022-ci ilin avqust ayında Sumqayıt şəhərinin Kotec qəsəbəsində yeni tikilən fərdi evin qarşısındakı mövcüd 0.4 kV-luq elektrik dayağınının yerinin dəyişdirilməsi üçün abonenti ASAN xidmətə 700 manat ödənişdən yayındırılıraq “Azərişıq” ASC-yə ödəniləcək rüsum mənimsənilmişdir (faktı təsdiq edən fotoşəkillər, vidomateriallar da mövcuddur). Əfsuslar olsun ki, özbaşınlalıq edib, dövlətin pulunu mənimsəyən Arzuman İsmayılov kimiləri ifşa etməyim, nədənsə, “Azərişığ”ın baş hüquqşünası Arif müəllimi çox narahat edir. Bu faktları araşdırıb dövlətə ziyan vuranlar barəsində tədbir görmək əvəzinə, Arif müəllim məni “Azərişığ”ın nüfuzuna kölgə salmaqda ittiham edir. Qurumun sədri Vüqar Əhmədovla dost olduğunu tez-tez təkrarlayaraq məni işdən qovmaqla hədələyir. “Azərişıq “ ASC-nin sədri Vüqar Əhmədov xalqa, dövlətə sədaqətilə seçilən, qanunlara hörmət edən rəhbərlərdəndir. Dövlətin pulunun mənimsənilməsinə göz yuman Arif kimilər Vüqar müəllimin dostu ola bilməz. Sadəcə olaraq, şikayətlərim sədrə çatmadığı üçün mən müraciətimi mətbuat vasitəsilə çatdırıram. Bundan öncə A.İsmayılov Sumqayıt ş. 21-ci mk/rn-da KTM-in yerinin dəyişdiriləməsi üçün abonentdən 20 000 manat alaraq abonenti dövlətə ödənəcək 35 000 manat rüsumdan yayındırmış və ASAN xidmətə cəmi 1400 manat pul ödənilmişdir. Bu faktı aşkar etdikdə məsələni ört-basdır etmək üçün KTM-i əvvəlki yerinə bərpa etməyə çalışalar da, abonent buna yol verməmişdir. Lakin bu günə qədər də dövlətə, quruma dəyən ziyan məbləği də ödənilməyib.

Xahiş edirəm, Sumqayıt EŞ-nin rəisi Arzuman İsmayılovun növbəti korrupsiya əməlinin araşdırılması və barəsində tədbir görülməsi üçün aidiyyəti orqanlara göstəriş verəsiniz.

Əvvəlcədən Sizə minnətdaram".

Müraciətdə adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN