Xəbər verildiyi kimi, Rusiya Mariupolun RF-yə "birləşməsi" üçün "referendum" keçirməyə hazırlaşır.

Bəs bu gün Mariupolda əhval-ruhiyyə necədir?

UNİAN-ın məlumatına görə, şəhərdə siyahıyaalma davam edir.

Rusiya işğalçıları tərəfindən müvəqqəti işğal edilmiş Mariupol sakinlərinin əksəriyyəti qondarma "referendum"da iştirak etmək niyyətində deyil.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Telegram səhifəsində məlumat verilib.

Onların sözlərinə görə, yerli əməkdaşlar indi şəhərdəki insanların həqiqi sayını müəyyən etmək üçün əhalinin siyahıyaalınması aparırlar.

"Həmin qruplar bütün mənzillərə, fərdi evlərə baş çəkirlər. Siyahıyaalma zamanı onlardan qeydiyyat (yaşayış icazəsi) ilə şəxsi sənədləri tələb olunur. Onlar ən yaxın qohumlarının da harada olduğunu öyrənirlər. Rəsmi olaraq deyirlər ki, insanları orada yerləşdirirlər. elektrik enerjisi və qazla təmin olunsunlar", - məlumatda deyilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN