Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynanın Dnepropetrovsk vilayətinin Çaplin şəhərindəki qatar stansiyasına raket zərbəsi nəticəsində 200-dən çox ukraynalı hərbçi həlak olub, 10 texnika məhv edilib.

Bu barədə məlumat CNN-də yer alıb.

Lakin Ukrayna rəsmiləri bildiriblər ki, həm Ukraynanın müstəqillik günü, həm də fevralın 24-də Rusiyanın ölkəni işğal etməsindən düz altı ay qeyd olunan çərşənbə günü stansiyaya edilən hücumda ikisi uşaq olmaqla azı 25 nəfər ölüb.

"İsgəndər raketinin Dnepropetrovsk vilayətindəki Çaplin dəmir yolu stansiyasında hərbi eşelona birbaşa vurulması nəticəsində Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan 200 əməkdaşı və Donbasa gedərkən 10 hərbi texnika məhv edilib", - deyə Rusiya Müdafiə Nazirliyinin cümə axşamı dərc olunan bəyanatında bildirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN