Bakı şəhəri Qaradağ rayonu Çeyildağ qəsəbəsində küçələrdən birinə Vətən müharibəsi şəhidi Şahin Qədirovun adı verilib.

Şahin Qədirov oktyabrın 6-da Füzuli uğurunda gedən döyüşlər zamanı şəhid olub, Qaradağ rayonu Səngəçal qəsəbəsi Sofihəmid məzarlığında dəfn olunub.

O, 1990-cı il yanvar ayının 3-də Bakı şəhəri Qaradağ rayonu Çeyildağ qəsəbəsində anadan olub. Ailəli idi. Bir oğlan övladı var. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Fizulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Şahin Qədirov ölümündən sonra "Vətən uğrunda" ,"Cəbrayılın azad olunmasına görə", "Döyüşdə fərqləndiyinə görə” medalları ilə təltif edilib. Ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN