Mərhumun ailəsi onun meyitini vətənə qaytarmaq üçün vəsait toplayıb

Həkim işləyən Britaniya vətəndaşı Kreyq Makintoş Ukraynadakı müharibədə həlak olub.

Tezadlar.az-ın UNİAN-a istinadən məlumatına görə, bu barədə Sky News xəbər verir.

Bacısı Lorna Makintoş onun cəsədini evə gətirmək üçün təşkil edilmiş pul yığımına verdiyi şərhdə Kreyqin avqustun 24-də “vəzifəsini yerinə yetirərkən” öldüyünü açıqlayıb.

"Qardaşımız cəsarətlə könüllü olaraq Ukraynaya həkim kimi getdi və bu müharibənin getdiyi ölkədə insanların həyatını xilas etdi. Vəzifəsini yerinə yetirərkən, başqalarına kömək edərək öldü. Bu fədakar insan hazırda Ukraynada meyitxanada ilişib qalıb və və onu evə gətirmək üçün heç bir köməklik yoxdur.. Başqalarını xilas etmək üçün həyatını verdi və o, evə getməlidir... Zəhmət olmasa, qəhrəmanımızı evə gətirməyə kömək edin”, - deyə L.Makintoş yazıb.

Qeyd edək ki, K.Makintoşun cəsədini Böyük Britaniyaya gətirmək təxminən 4000 funta başa gələcək və bu vəsait artıq GoFundMe platformasında toplanıb.

Xarici İşlər Nazirliyinin sözçüsü PA xəbər agentliyinə bildirib ki, “Ukraynada həlak olmuş britaniyalının ailəsini dəstəkləyir və yerli hakimiyyət orqanları ilə əlaqə saxlayır”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN