Kipr Şengen Sazişinə daxil deyil və buna görə də müstəqil olaraq Rusiya vətəndaşlarına münasibətdə viza siyasətini formalaşdıra bilər.

Kipr Aİ-nin ruslara viza verilməsi üçün sadələşdirilmiş rejimi ləğv etmək qərarına zidd olaraq, Rusiya ilə viza münasibətlərini eyni səviyyədə qurmaq qərarına gəlib.

Tezadlar.az xəbər verir ki, bu barədə "Philenews" Kipr Xarici İşlər Nazirliyinin nümayəndəsi Dimitris Dimitriunun bəyanatına istinadən yazır.

Onun sözlərinə görə, bu tədbir əsasən Şengen zonasının üzvü olan Aİ-yə üzv dövlətlərə şamil edilir, çünki Şengen sazişinə daxil olmayan Kipr Rusiya vətəndaşlarına münasibətdə müstəqil şəkildə viza siyasətini formalaşdıra bilər.

"Rusiya ilə Aİ ölkələri arasında sadələşdirilmiş viza rejiminin ləğvi ilə bağlı Praqada qəbul edilən qərarın ruslara Kipr milli vizalarının verilməsinə xitam verilməsi və ya qadağan edilməsi anlamına gəlmir (bu, onlara yalnız Kiprə səfər etməyə icazə verir, lakin adadan kənarda səyahət etmək hüququ vermir)", - D.Dimitriun vurğulayıb.  

Həmçinin qeyd olunur ki, 2022-ci il avqustun 31-də Praqada keçirilən görüşdə Kiprin xarici işlər naziri İoannis Kasoulidis bütün Rusiya vətəndaşlarına məhdudiyyətlərin qoyulmasına qarşı mövqeyini müdafiə edənlərdən biri olub və Rusiya Federasiyasının vətəndaş cəmiyyəti ilə əlaqə saxlamağı müdafiə edib. Eyni zamanda o, Aİ-ni Rusiyanın Qərb sanksiyalarından yan keçməsinə kömək edən Türkiyənin hərəkətlərinə lazımi diqqət yetirməyə çağırıb.

Qeyd edək ki, Kiprdə kifayət qədər böyük rus diasporu yaşayır, ruslar son illər orada aktiv şəkildə daşınmaz əmlak alır, o cümlədən yaşayış icazəsi müqabilində. Həmçinin, bu Aralıq dənizi adasında turistlərin əsas hissəsini Rusiya vətəndaşları təşkil edir.

Onu da əlavə edək ki, Kiprdəki ruslar öz siyasi baxışlarını aqressiv şəkildə nümayiş etdirməkdən çəkinmirlər. Kiprdə ən son kütləvi aksiyalardan biri avqustun 22-də Rusiyanın Dövlət Bayrağı Günündə baş tutub və bu aksiya zamanı bir qrup rusiyalı ukraynalı ilə münaqişə edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN