Şəkildə Ukrayna Silahlı Qüvvələrinin döyüşçüsü ilə rus ordusunun əsgəri qucaqlaşıblar

Bir çox ukraynalını qəzəbləndirən divar rəsmi Avstraliyada çəkilib. Küçə rəsmində Ukrayna Silahlı Qüvvələrinin əsgəri ilə bir rus əsgərinin qucaqlaşdığı əks olunub.

Tezadlar.az xəbər verir ki, Present Time-ın məlumatına görə, divar rəsminin müəllifi sənət aləmində CTO təxəllüsü ilə tanınan rəssam Piter Sitondur.

Nəşrin yazdığına görə, divar rəsmi müharibənin sülh yolu ilə həllinə çağırışı simvolizə edirdi.

Çoxlu tənqidlərdən sonra sənətçi gördüyü iş və çəkdiyi ağrılara görə üzr istəyib. O, jurnalistlərə bildirib ki, divarın üzərində rəsm çəkdiyi üçün gecə saat 3-ə qədər yatmayıb.

Xatırladaq ki, divar bir çox ukraynalını qəzəbləndirmişdi, çünki o, qurbanla təcavüzkar arasında yanlış bərabərlik hissi yaratmışdı. Ukraynanın Avstraliyadakı səfiri Vasili Miroşniçenko bu işi təmsil olunduğu dövlətin vətəndaşları üçün “son dərəcə təhqiramiz” adlandırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN