Rusiya XİN rəhbəri Sergey Lavrov bu gün Moskvada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar aparıb.

 Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

İki ölkənin nazirləri 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin hərtərəfli həyata keçirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Bundan başqa, Lavrov və Mirzoyan “bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə işlər, habelə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin parametrlərinin işlənməsi kontekstində gələcək addımları nəzərdən keçiriblər".

Xatırladaq ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.

"Bu gün Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş üçün əsaslı işi gücləndirməyə razılaşdıq və xarici işlər nazirlərinə bir ay müddətində mətn layihələri üzərində işləmək üçün görüşməyi tapşırdıq".

Bu barədə Şarl Mişelin Azərbaycan Prezidenti Əliyev və Ermənistanın Baş naziri Paşinyan ilə üçtərəfli görüşündən sonra mətbuata bəyanatında bildirilib.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN