"Avropa İttifaqı Kiyevi əmin edib ki, münaqişədə "qələbəyə qədər" Ukraynaya kömək edəcək”.

Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, bunu çərşənbə axşamı dərc olunan Bloomberg-ə müsahibəsində Ukraynanın baş naziri Denis Şmıxal deyib.

O, Brüsseldə müsahibəsi zamanı deyib: "Biz avropalı siyasətçilərdən tam əminik ki, onlar qələbəyə qədər Ukrayna ilə birlikdə qalacaqlar".

Bazar ertəsi Şmıxal elan etdi ki, Ukrayna və Avropa İttifaqı ölkənin cəmiyyətə inteqrasiyasını təşviq etmək üçün hazırlanmış beş saziş imzalayıb.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Donbass respublikalarının rəhbərlərinin kömək üçün müraciətinə cavab olaraq xüsusi hərbi əməliyyat elan edib. O vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsədlər ölkənin demilitarizasiyası və denazifikasiyasıdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN