...Böyüklər uşaqları təlim-tərbiyə, təhsil, təcrübə və sairə vasitələrlə elə hey öyrədir. Bu, əlbəttə, gözəldir. Fikrimcə, uşaqları öyrədən sayğıdəyər böyüklərin də uşaqlardan öyrəniləsi önəmli bir özəllik halı var. Bu təbiilikdir. Hamımız təbiiliyin necəliyini yaşamışıq. Çünki ömrümüz uşaqlarımızın içindən keçib.

Təbiilik sözəsığmaz sonsuz yaşantı, anlayış kimi doğulandan məzara qədər olduqca gərəklidir. İnsan təbii olduğu qədər insana oxşayır. Böyüdükcə uşaqlığımızdakı təbiilik keyfiyyətini ixtisara salırıq. Mühitdənmi, zəmanədənmi, sosial şərt-şəraitlərdənmi, hər nədənsə... Ancaq nə qədər korrektələr olsa da, insan fitrətində kodu, geni olan təbiilik fərqli insanlarda öz dərəcəsinə, nisbətlərinə görə qalmamış olmur. Özsayğıya,  mədəniyyətə, ünsiyyətə və digər səbəblərə görə.

Hər kəs təbii görünmək istər. Di gəl, istəklə olmur. İnsanlar davranışına, danışığına və sair fəaliyyətlərinə təbiilik süsü verib imitasiya edir. Lakin təbiilik yamsılanmır, öyrədilmir. Az və ya çoxluğuna görə varsa var, yoxsa yox. O, insanın fitrəti ilə mənliyinin qovuşma halında olur. Təbiilik ilahidəndir.

Təbiətə baxın... Süni heç nə yox! Eləcə də heyvanlar aləmi. Hər biri öz adına, özəl yaradılışına uyğun proqramlaşdırılıb və təbiiliklərini itirmirlər. Bəs nitqi, şüuru ilə canlıların əşrəfi, xəlifəsi kimi ilahi ödüllənməyə layiq görülən və məsuliyyəti üzərinə götürən insan necə? İzah etməyə ehtiyac duymuram. Yaşadığımız dünya gerçəkləri insanı çox gözəl anladır... Məncə, təbiilik söz xaricində işlənən və sözə ehtiyacı olmayan ən xüsusi dildir. Bu dil yalnız bəşəriyyətin, insanlığın deyil, bütün canlıların və cansızların ortaq dilidir. Daha konkret... təbiilik əziz Allahın dilidir ki, ad və sifətlərində təzahür edir. Məhz bu kainat dili ilə çox şeyi qavramaq olar, həyat daha mənalı yaşanar, məmnuniyyət artar. Əlbəttə ki, bu təbii arzu kimidir. Gerçəklər isə başqadır. Biri var həqiqətlərə olduğu kimi baxasan, biri də görmək istədiyin kimi. İnsan ən böyük itkilərini, təbiiliyini qoruyub saxlamayanda verir. Təbiiliyi qorumaq üçün insanın özəlliyində olan təbiilik genini aktivləşdirmək vacibdir. Bunun isə yolu mərhəmət qanunundan keçir. Taleyindən kömək umanlar öncə özləri-özlərinə kömək olmalıdır. Böyük düşüncənin yoludur mərhəmət qanunu.

Ay yarım öncə...

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində hörmətli sədr Rövşən Rzayevin qəbulunda olduq. Altı nəfər idik. Hörmətli sədr müxtəlif qayğılar üzrə qəbulda olan beş nəfəri səbrlə dinlədi. Bəzilərinin problemini yerindəcə həll etdi. Bir neçəsinin isə həllinə göstəriş verdi. Məni də dinlədi. Sağ olsun, var olsun.

Hər hansı hadisələrdə, prosesdə, münasibətlərdə insani yanaşmaların, təbiiliyin sözü hər yerdə keçərlidir. Sünilikdə enerji olmur. Təbiiliyin isə yüksək enerjisi də təbiidir. Təbiilik müqəddəs sərmayə, insan ilahi təzahürdür.

P.S. Təxminən ay yarım idi ki, “Təzadlar” çıxmırdı. Yazılar yığılıb qalıb. İstər-istəməz nəzərə alıb, bu mövzunu  yarıbayarı ixtisar etməli oldum. İnşallah, bu mövzuya qayıdacağam. Təbii insanlara salam və sayğılarla!     

Nizami Süleymanoğlu

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN