Qərb ölkələri başa düşməlidirlər ki, son günlər Xarkov vilayətinin bir sıra şəhərləri Kiyevin nəzarətinə keçsə də, Ukraynadakı münaqişə hələ uzun müddət davam edəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə BBC radiostansiyasına müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

"Ukrayna silahlı qüvvələrinin əraziləri qismən geri qaytara bilməsi və Rusiya qoşunlarının arxasına zərbələr endirməsi çox ümidvericidir. Biz bunun uzun müddət davam edəcəyinə hazır olmalıyıq", - o deyib.

Stoltenberq Ukrayna ordusunun Xarkov istiqamətində hərəkətlərinin effektivliyini yüksək qiymətləndirib və əlavə edib ki, hazırda NATO ölkələri üçün ən vacib vəzifə Kiyevə Ukraynanın “Silahlı Qüvvələrinin gücləndirilməsində dəstək” verməkdə davam etməkdir.

Onun sözlərinə görə, ukraynalıların qış avadanlıqları, o cümlədən isti geyim və generatorlarla təchizatı xüsusilə aktuallaşır.

Bununla yanaşı, Stoltenberq NATO ölkələrinin Kiyevə indi hansı təhlükəsizlik zəmanətlərini verə biləcəyi və alyansın Krımı Ukraynaya qaytarmaq üçün hipotetik güc cəhdini dəstəkləyib-dəstəkləməyəcəyi ilə bağlı suallara cavab verməkdən yayınıb.

Stoltenberq xüsusi olaraq vurğulayıb ki, NATO ölkələri Ukrayna Silahlı Qüvvələrini gücləndirmək üçün Kiyevə yardımı davam etdirməlidir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN