Kreml Krım Dövlət Şurasının rəhbəri Vladimir Konstantinovun səfərbərlik və müharibə dövründə hərbi qeydiyyatda olan vətəndaşların Rusiyanı tərk etməsinə qadağa qoyulması ilə bağlı fikrini öyrənməyib.

Tezadlar.az İnterfaks-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O izah edib ki, Kremlin bu məsələdə mövqeyi yoxdur.

"Bunun nəzərə alındığı məlum deyil", - Peskov bildirib.

O, Krım hakimiyyətinin qismən səfərbərlik elanından sonra Rusiyanı tərk edənlərin xüsusi reyestrə daxil edilməsi təklifinə də analoji şəkildə reaksiya verib.

Oktyabrın 10-da Krım Dövlət Şurasının rəhbəri hərbi qulluqçuların Rusiyanı tərk etməsinə qadağa qoyulmasını təklif edib. Konstantinovun sözlərinə görə, Krımda səfərbərlik haqqında federal qanuna daxil edilmək üçün müvafiq düzəlişlər hazırlanır.

Dəyişikliklər dəstəklənərsə, o zaman qanun komissarlıqların icazəsi olmadan ölkədən kənarda hərbi qeydiyyata alınmalı olan Rusiya vətəndaşının ölkədən çıxmasına açıq şəkildə qadağa qoyacaq, - Konstantinov vurğulayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN