Belarus Təhlükəsizlik Şurasının Dövlət Katibliyi prezident Aleksandr Lukaşenkonun göstərişinə əsasən, ölkənin silahlı qüvvələrinin yoxlanılmasına başlayıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.

"Oktyabrın 11-dən Belarus Respublikası Təhlükəsizlik Şurasının Dövlət Katibliyi prezidentin tapşırığına uyğun olaraq Belarus Silahlı Qüvvələrində yoxlama aparır. Bu, hərtərəfli xarakter daşıyır və tapşırıqları nəzərdə tutulduğu kimi yerinə yetirməyə hazırlığın yoxlanılmasının ən vacib məsələlərini əhatə edir", - Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, baxış zamanı hərbi hissə və bölmələr "döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilməsi ilə döyüş hazırlığı, marş, xüsusi təyinatlı ərazilərdə yerləşdirilmə məsələləri"ni işləyib hazırlayacaqlar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN