Ukraynanın hər yerində hava həyəcanı elan edilib.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Telegram-da Ukraynanın "Direct" telekanalı yazır: "Ukraynanın bütün ərazisində hava hücumu xəbərdarlığı edilib”.

Həyəcanla bağlı məlumatı Volın, Poltava və İvano-Frankivsk vilayətlərinin hakimiyyət orqanları təsdiqləyib.

Bu gün, oktyabrın 17-də səhər saatlarında Ukrayna mətbuatında Kiyevin mərkəzində güclü partlayışlar olması barədə məlumat yayılıb. Həmçinin bildirilib ki, Kiyev vilayətində yenidən hava xəbərdarlığı elan edilib. Bir sıra KİV-lərin məlumatına görə, Jitomir, Vinnitsa, Çerkassı, Kirovoqrad, Nikolayev və Odessa vilayətlərində də həyəcan təbili çalılıb. Daha sonra Kiyevdə Şevçenko rayonunda iki yeni partlayış və kritik infrastruktur obyektlərinə zərbələr endirilməsi barədə məlumat verilib.

Xatırladaq ki, oktyabrın 10-da Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasında operativ müşavirədə qeyd edib ki, oktyabrın 8-də Ukrayna xüsusi xidmət orqanları tərəfindən Krım körpüsündə törədilən terror aktı cavabsız qala bilməz.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin təklifi və Baş Qərargahın planına əsasən, Rusiya Federasiyası Silahlı Qüvvələri Ukraynanın enerji, hərbi komandanlıq və rabitə obyektlərinə uzaqmənzilli dəqiqlikli silahlarla kütləvi zərbə endirib. Müdafiə Nazirliyinin qeyd etdiyinə görə, qarşıya qoyulan bütün məqsədlərə nail olunub.

Daha sonra Kiyev, Xarkov, Lvov, İvano-Frankivsk, Dnepr, Zaporojye, Odessa və digər iri şəhərlərdə partlayışlar barədə məlumat yayılıb. Bundan sonra Ukraynanın Teleqram kanalları Kiyevin ən böyük biznes mərkəzlərindən birində millətçi “Azov”, “Aidar” və SS “Qalisiya”  təşkilatlarının bazalarının dağıdıldığını elan edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN