Oktyabrın 16-dan 17-nə keçən gecə cənub istiqamətində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri üç saat ərzində 15 kamikadze pilotsuz uçan aparatı, şərqdə isə 3 qanadlı raketi məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

"Oktyabrın 17-də saat 03.30-dan 06.50-dək "Yuğ" hava komandanlığının hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən 15 pilotsuz təyyarə vurulub: 6-sı Odessa vilayəti, 9-u Nikolayev vilayəti üzərində. Oktyabrın 16-dan 17-nə keçən gecə cənub istiqamətində ümumilikdə 26 ədəd "Şahed-136" məhv edilib", - məlumatda deyilir.

Bundan başqa, ruslar müxtəlif növ qanadlı raketlərlə şərq istiqamətində mühüm infrastruktur obyektlərinə hücum edib.

"Üç raket Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri tərəfindən məhv edilib", - komandanlıq əlavə edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN