ABŞ prezidenti Co Bayden bildirib ki, Rusiya Ukraynada keçirilən xüsusi əməliyyatda uğur qazanmamalıdır.

O, bu gün MSNBC telekanalına müsahibəsində belə bir bəyanatla çıxış edib.

"Lakin bu, ukraynalılardan çox, NATO, Qərbi Avropa haqqındadır. Bütün bunlar ona görədir ki, (Rusiya prezidenti Vladimir) Putin uğur qazana bilməsin", - Bayden deyib.

Belə ki, ABŞ prezidenti Ukraynaya hərbi yardıma xərclənən vəsaitə görə amerikalılar qarşısında özünü doğrultmağa çalışıb. Onun sözlərinə görə, Rusiyanın Ukraynada uğur qazana bilməməsi üçün ABŞ-dan Kiyevə kömək lazımdır.

Bundan əvvəl Vaşinqton Kiyevə 4,5 milyard dollar yeni yardım ayıracağına söz vermişdi. Bu barədə oktyabrın 18-də məlumat verilib. Həmin gün Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Aleksandr Reznikov Kiyevin ABŞ-dan NASAMS zenit-raket komplekslərinin ilk partiyasının gəlməsini gözlədiyini bildirib.

Həmçinin oktyabrda məlum olub ki, Vaşinqtondan Ukrayna Silahlı Qüvvələrinə yardımın ümumi məbləği 16,8 milyard dollara çatıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN