Ana Vətən Partiyası (AVP) Yasamal rayon təşkilatı növbəti tədbirini keçirib. Tədbirdə müxtəlif media mənsubları, Yasamal rayonunun ictimai xadimləri və fəalları iştirak edirdilər. Qeyd edək ki, tədbir Azərbaycan Dövlət Uşaq Filarmoniyasının binasında keçirilirdi. Tədbirə gələn qonaqları AVP Yasamal r-n Dairə Seçki Komitəsinin təmsilçisi İsrafil İsmayılovsəmimiyyətlə qarşıladı.

AVP təşkilat şöbəsinin müdiri Ülvi Bayramov tədbir iştirakçılarını salamlayıb, qurultayın işini açıq elan etdi. O, bildirdi ki, AVP Yasamal rayon təşkilat şöbəsinin növbəti tədbirində təşkilati məsələlərə baxılacaq.

Əsas müzakirələrə keçmədən əvvəl, Ü. Bayramovtədbiri giriş sözü ilə Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadəyə verdi: “30 ildən çoxdur ki, 1990-cı illərdən siyasi fəaliyyətə başlayan Ana Vətən Partiyası, başda AVP sədri Fəzail Ağamalı olmaqla, bütöv Azərbaycançılıq prinsiplərini, dövlətin siyasi xəttini dəstəkləyir. AVP Yasamal rayon təşkilatının keçirdiyi bu tədbirdə iştirakçılar AVP Yasamal r-n təşkilatına seçiləcək yeni tərkiblə tanış olacaqlar”,- deyə Yalçın Hacızadə öz çıxışında belə vurğuladı. O, qeyd etdi ki, Zəfər Qələbəmizdən sonrakı dövrlərdə də Ana Vətən Partiyası dövlətçilik prinsiplərini qoruyub saxlayacaq.

Daha sonra tədbirdə səsvermə mərhələsini elan etmək üçün sözü Ülvi Bayramov yenidən aldı. O, səsvermə yolu ilə AVP Yasamal r-n şöbəsinin yeni sədri kimi namizəd olan Səfərova Türkanə Rasim qızını iştirakçılara təqdim etdi və o, yeni sədr təyin edildi. Türkanə xanım Səfərovanı təbrik etdikdən sonra təşkilata seçiləcək növbəti namizədlərin təqdimatına keçid alındı.

AVP Yasamal r-n təşkilat sədrinin müavini vəzifəsinə Şakir Abbasovun namizədliyi irəli sürüldü və o, yekdilliklə müavin seçildi. İxtisasca iqtisadçı olan Şakir Abbasov haqqında qurultay iştirakçılarına qısa məlumat verildi.

Daha sonra AVP  Yasamal r-n Gənclər təşkilatına Azərbaycan Neft və Sənaye Universitetinin III kurs tələbəsi, fəal gənclərdən olan Misirova Arzu xanımın namizədliyi irəli sürüldü. O, yekdilliklə səs toplayıb, AVP Yasamla r-n şöbəsinin Gənclər təşkilatının sədri seçildi.

AVP  Yasamal r-n Qadınlar Şurasının sədri isə Ayna xanım Novruzova seçildi. Ayna xanım da həm ictimai, həm təşkilatı məsələlərdə fəallığı nəzərə alınaraq səsvermənin nəticələrinə görə bu yerə layiq görüldü. Həmçinin AVP  Yasamal r-n Nəzarət-Təftiş şöbəsinin sədri Zahid Qarayev, AVP  Yasamal r-n Məclisinin sədri vəzifəsinə isə qurultayda yekdil səsvermə yolu ilə təqaüdçü İbrahim Mehdiyev seçildilər.

Ana Vətən Partiyası Yasamal rayon təşkilatına növbəti işlərində uğurlar və siyasi fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq.

Səadət Sultan,

yazıçı-publisist

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN