Xerson vilayətinin administrasiyası rəhbərinin müavini Kirill Stremousov bildirib ki, Xersondan böyük rus sərkərdələrinin abidələri çıxarılıb.

Söhbət komandir Aleksandr Suvorovun və dəniz komandiri Fyodor Uşakovun şərəfinə qoyulmuş abidələrdən gedir.

"Xerson vilayətinin qubernatoru Vladimir Saldonun şəxsi göstərişi ilə ukraynalı yaraqlıların atəşi və ya terror aktları zamanı dağılma təhlükəsi ilə əlaqədar Rusiya Hərbi Dəniz Qüvvələrinin komandiri Fyodor Uşakovun və rus komandiri Aleksandr Suvorovun abidələri Xersondan köçürülüb", - Stremousov Telegram-kanalında yerləşdirdiyi videoda belə deyib.

O, əlavə edib ki, abidələr Nikolayev və Dnepropetrovsk vilayətlərində Ukrayna qoşunlarından azad edildikdən sonra öz yerlərinə qayıdacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN