Avropa İttifaqı (Aİ) Ukraynaya təcili 1 milyard avro yardım və ölkənin enerji təchizatını bərpa etmək üçün 400 generator verəcək.

TASS xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen deyib.

Onun sözlərinə görə, Rusiya Ukrayna dövlətinin mülki və enerji infrastrukturunu məhv edir. “Buna görə də biz Ukraynaya təcili 1 milyard avro yardım göstərməklə onun infrastrukturunu bərpa etmək üçün işləyirik. Biz həmçinin 400 elektrik generatoru verdik və bu, hamısı deyil”, - Fon der Leyen bildirib.

Bundan əvvəl AK rəhbəri Aİ-nin Ukraynaya ayda 1,5 milyard avro ayırmağa hazır olduğunu bəyan edib. O, qeyd edib ki, Kiyevə ən əsas ehtiyacları ödəmək üçün ayda 3-5 milyard avro lazımdır. Fon der Leyen Aİ müttəfiqlərinin köməyinə ümid etdiyini bildirib. O, ABŞ, digər Qərb ölkələri və beynəlxalq maliyyə institutlarının lazımi məbləğin qalan hissəsinə kömək edəcəyini gözləyir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN