Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak “Motor Sich” zavodunun direktoru Vyaçeslav Boquslayevin Ukrayna hərbçiləri ilə dəyişdirilməsinin mümkünlüyünü etiraf edib.

Podolyak deyib ki, Kiyev “Ukraynanın həqiqi vətəndaşlarını əlindən almaq üçün hər şeyi edəcək”.

Bu barədə RİA Novosti xəbər verir.

Oktyabrın 24-də Ukrayna Təhlükəsizlik Xidməti Kiyevin Şevçenkovski Rayon Məhkəməsinin Boquslayevi 60 sutka müddətinə həbs etdiyini açıqlayıb.

Bununla yanaşı, “Motor Sich”in Xarici İqtisadi Siyasət Departamentinin rəhbəri Oleq Dzyuba iki ay müddətinə həbs edilib. Dzyuba kollaborasiyaçılıqda və guya Rusiyaya kömək etməkdə şübhəli bilinir. Ukrayna həmçinin Boquslaev-i vətənə xəyanətdə və "Rusiya ilə əməkdaşlıqda" şübhəli bilir.

Boquslaevin saxlanılması barədə “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov məlumat verib. Onun sözlərinə görə, saxlanma Boquslayevin Ukrayna prezidenti Vladimir Zelenskinin özünə rəqib hesab etdiyi və mövqeyini zəiflətmək istəyən Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Vladimir Zalujnıya yaxınlığı ilə bağlı ola bilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN