Almaniya prezidenti Frank-Valter Ştaynmayer Ukraynaya səfəri zamanı Vladimir Zelenskini sülhün bağlanmasının vacibliyinə inandırmalı, sonra isə Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya uçmalıdır.

Bu fikri RİA Novosti-yə müsahibəsində sağçı müxalifət partiyası olan “Almaniya üçün Alternativ” partiyasının həmsədri Tino Krupalla deyib.

Alman deputatın sözlərinə görə, Ştaynmayer Kiyevdəki dağıntıları görmək və Ukrayna ilə həmrəylik nümayiş etdirmək istəyir, lakin “bu məqsəd birtərəflidir”.

Parlamentari Almaniya prezidentini sülh sazişinin bağlanmasına kömək etmək üçün səlahiyyət və təcrübəsindən istifadə etməyə çağırıb.

"Bunun üçün Zelenski, nəhayət, Rusiya ilə danışıqlara hazır olduğunu nümayiş etdirməlidir", - Krupalla bildirib.

Siyasətçinin fikrincə, Ukraynanın bərpasından danışmaq yalnız sülh danışıqları başa çatdıqdan sonra mümkündür.

Xatırladaq ki, oktyabrın 25-də Ştaynmayer Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri ilk dəfə Kiyevə uçmuşdu.

Almaniya prezidenti səfər zamanı hava hücumu xəbərdarlığı elan edilən Çerniqov vilayətinin Koryukovka şəhərinə səfər edib. Ştaynmayer bomba sığınacağında bir saat qalmaq məcburiyyətində qalıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN