Son iki ildə İran bir neçə dəfə Ermənistana birgə hərbi təlimlər keçirməyi təklif edib.

Bunu oktyabrın 25-də “Ermənistan” blokundan olan deputat Anna Qriqoryan deyib.

O, hakimiyyətin bütün bu təkliflərə məhəl qoymadığını vurğulayıb.

Qriqoryanın sözlərinə görə, "Hakimiyyətin apardığı siyasət nəticəsində Ermənistan geosiyasi toqquşmaların episentrinə çevrilə bilər. Müxtəlif qüvvələrin cəmləşdiyini nəzərə alsaq, bu toqquşma Sünikdə baş verə bilər".

Xatırladq ki, bir neçə gün əvvəl İran Qafanda  Baş konsulluğunun açılışını edib.

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian çıxışında vurğulayıb ki, İran Ermənistanın və regionun təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir. Daha sonra o, İran hökumətinin qarşılıqlı əlaqələr çərçivəsində Təbrizdə Ermənistan Baş konsulluğunun açılışı üçün hazır olduğunu da diqqətə çatdırıb.

Onu da qeyd edək ki,  ki, ötən il Ermənistanın xarici ticarət dövriyyəsi 8 milyard 379 milyon dollar təşkil edib. Ermənistanın xarici tərəfdaşlarının ilk üçlüyündə İranın da adı yer alıb: Rusiya, Çin, İran.

Və artıq İran Ermənistanla ticarət dövriyyəsini 3 milyard dollara çatdırmağ planlaşdırır.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN