Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski ilə taxıl müqaviləsi ilə bağlı telefon danışığı aparmağı planlaşdırır.

Bu barədə çərşənbə axşamı jurnalistlərə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Prezidentimiz yaxın günlərdə Putin və Zelenski ilə danışıqlar aparmaq niyyətindədir. O, bu məsələdə (taxıl müqaviləsi ilə) birbaşa məşğuldur. Biz müqavilənin bərpasına inanırıq, bu, hamının xeyrinə olacaq", - Çavuşoğlu bildirib.

Türkiyəli nazirin sözlərinə görə, taxıl müqaviləsi məsələsi bütün bəşəriyyəti əhatə edir və “o, müharibədən ayrılmalıdır”. "Sazişin işləməsi ilə bağlı məsələlər var və onları həll etmək lazımdır. Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik", - Türkiyənin xarici işlər naziri bildirib.

Çavuşoğlu, həmçinin Rusiyadan dünya bazarlarına kənd təsərrüfatı məhsulları və gübrələrin tədarükü qarşısındakı maneənin aradan qaldırılmasının tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, Ankara bu istiqamətdə işləyir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN