Rusiya ordusunun bazar ertəsi, oktyabrın 31-də endirdiyi zərbələr səbəbindən Ukrayna Silahlı Qüvvələrinin (USQ) qruplaşmalarının Ukraynanın idarəetmə sistemləri, rabitə və energetika obyektlərinə nəzarəti əhəmiyyətli dərəcədə pozulub.

Bu barədə jurnalistlərə Müdafiə Nazirliyindən məlumat verilib.

Əlavə ediblər ki, Ukrayna hədəflərinə zərbələr yüksək dəqiqlikli uzaqmənzilli hava və dəniz silahları ilə həyata keçirilib. Nəticədə, Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təminatı da pozulub.

“Ehtiyatların və materialların dəmir yolu ilə döyüş bölgələrinə daşınması əhəmiyyətli dərəcədə çətinləşir”, - Müdafiə Nazirliyindən bildirilib.

Bundan əlavə, Ukraynanın hərbi sənaye kompleksinə daxil olan müəssisələrdə istehsalatda fasilələr yaranıb, - nazirlik bildirib.

Oktyabrın 31-də prezident Vladimir Putin bildirib ki, Rusiyanın Ukrayna ərazisinə zərbələri Sevastopoldakı terror aktına cavab sayıla bilər.

"Bizim edə biləcəyimiz tək şey bu deyil", - dövlət başçısı deyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN