Aİ ölkələri rusların raket hücumları səbəbindən Ukraynanı elektrik enerjisi ilə təmin etməyə hazırdırlar, hazırda gücün limitlərinin artırılması istiqamətində işlər aparılır.

Bunu UNİAN-a müsahibəsində enerji məsələləri üzrə Avropa komissarı Kadri Simson deyib.

"Aİ-nin Ukraynanı elektrik enerjisi ilə təmin etməsi üçün bizim lazımi ilkin şərtlərimiz var. İlk addım mart ayında atıldı, biz iki həftə ərzində Ukraynanın enerji şəbəkəsini kontinental Avropa şəbəkəsi ilə sinxronlaşdırdıq, çoxları buna şübhə edirdi”, - deyə o bildirib.

Simsonun sözlərinə görə, elektrik enerjisi hər iki istiqamətdə ötürülə bilər. Bu o deməkdir ki, Ukrayna Aİ-dən həm elektrik enerjisi ixrac, həm də idxal edə bilər.

"Ukraynaya elektrik enerjisi sata biləcək açıq-aşkar ölkələr var - bunlar təbii ki, onun ən yaxın qonşularıdır. Onların təmin edə biləcəyi həcmlər Avropa ENTSO-E şəbəkəsi çərçivəsində razılaşdırılmış ticarət imkanları ilə məhdudlaşır. Biz bu limiti artırmaq üçün onlarla çox sıx işləməyə davam edirik”, - Avropa komissarı izah edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN