G7 ölkələrinin xarici işlər nazirləri Rusiyanın Ukraynanın guya “çirkli bomba” hazırlaması ilə bağlı ittihamlarını rədd edib və nüvə ritorikasına son qoymağa çağırıblar.

Tezadlar.az "Azadlıq radiosu"na istinadla bildirir ki,  bu barədə Almaniyanın Münster şəhərində keçirilən görüşün yekunlarına dair birgə bəyanatda deyilir? Sitat: "Rusiyanın məsuliyyətsiz nüvə ritorikası qəbuledilməzdir. Rusiya tərəfindən kimyəvi, bioloji və ya nüvə silahından istənilən istifadə ciddi nəticələrə səbəb olacaq. Biz Rusiyanın Ukraynanın radioloji çirkli bomba hazırlaması ilə bağlı yalan iddialarını da rədd edirik... Biz həmçinin Rusiyanın Ukraynanın Zaporojye AES-in ələ keçirməsini və hərbiləşdirilməsini, ukraynalı personalın oğurlanmasını və pis rəftarını və onun fəaliyyətinin qəsdən qeyri-sabitləşdirilməsini pisləyirik. Biz MAQATE-nin Təhlükəsizlik və Mühafizə Zonası yaratmaq səylərini dəstəkləyirik".

Bəyanatda belə deyilir. Onu da xatırladaq ki, ötən həftə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov qərbli həmkarları ilə Ukrayna tərəfindən guya planlaşdırılan təxribatla bağlı telefon danışıqlarını intensivləşdiriblər. Həm Kiyev, həm də Qərb bu cür iddiaları rədd edib.

Rəsmi Moskvanın hələki yuxarıda qeyd edilən bəyanata qarşı hansısa bir reaksiyası yoxdur.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN