ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Kiyevə əvvlcədən elan olunmamış səfər gəlib.

CNN-in məlumatına görə, Sallivan cümə günü Ukraynanın paytaxtında prezident Vladimir Zelenski və digər yüksək vəzifəli rəsmilərlə görüşüb. Sallivanla birlikdə ABŞ Milli Təhlükəsizlik Şurasının spikeri Adrian Vatson da Kiyevə səfər edib.

 Sallivan Kiyevdə ilk dəfə təkmilləşdirilmiş T-72 tankları, həmçinin pilotsuz uçuş aparatları və təkmilləşdirilmiş “yer-hava” raketlərindən ibarət əlavə yardım paketini də  elan edib.

O, həmçinin ABŞ-ın Ukraynaya iqtisadi və humanitar yardım dəstəyini bundan sonra da  davam etdirəcəyini təsdiqləyib.

"Birləşmiş Ştatlar bu mübarizədə nə qədər lazımdırsa, Ukraynanın yanında olacaq. Biz irəlilədikcə tərəddüd etməyəcəyik, zəifləməyəcəyik və dəstəyimizdən cəkinməyəcəyik".

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.

Və onların Rusiya Federasiyasının dörd yeni regionu olduğunu bildirib.

Müharibə isə bu günədək davam edir.

Qərb, Avropa İttifaqı ölkələri bu müharibədə  Ukraynaya hər сür dəstək göstərirlər və sonadək bu dəstəyi davam etdirəcəklərini də  açıq şəkildə bəyan edirlər.  

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN