Çində Ukrayna prezidenti Vladimir Zelenskinin G20 sammitində iştirak etməmək barədə bəyanatı Rusiya lideri Vladimir Putinin orada görünəcəyi təqdirdə pis əlamət kimi qiymətləndirilib. Çinin “Guancha” nəşrinin oxucularının fikrincə, Zelenskinin sözləri dolayısı ilə ABŞ-ın mövqeyini göstərir.

“Pis əlamət: görünür, Birləşmiş Ştatlar münaqişənin tezliklə bitməsini istəmir”, - istifadəçilər narahatlığını bildirirlər.

Digərləri isə əksinə, Zelenskinin bəyanatının “Amerika planının iflasa uğradığını” göstərdiyini vurğulayırlar. Digərləri isə ukraynalı siyasətçiyə sammitə getməyi məsləhət görürlər.

Nəşrin oxucuları “Zelenski ora gəlib hər şeyi məhv etsə, daha yaxşı olar” yazır və əlavə edirlər ki, Ukrayna prezidentinin bacardığı yeganə şey hər gün kömək istəmək və “az verən” ölkələri günahlandırmaqdır.

Müzakirədə həmçinin vurğulanır ki, Ukrayna G20-də olmadığı üçün Zelenskinin sammitdə iştirakı ilə olmaması arasında çox da fərq yoxdur.

Daha əvvəl Almaniyanın “Der Spiegel” jurnalının oxucuları Zelenskini Vladimir Putinlə G20-də görüşmək cəsarətində olmamasında ittiham etmişdilər.

Xatırladaq ki, noyabrın 3-də Vladimir Zelenski Rusiya prezidentinin orada olacağı təqdirdə G20 sammitinə getməyəcəyini bildirmişdi. Dövlət Dumasında Ukrayna liderinin bəyanatı Putinlə şəxsi görüş qorxusu adlandırılıb.

G20 sammiti

G20 liderlərinin görüşü noyabrın 15-16-da İndoneziyanın Bali adasında baş tutacaq. ABŞ artıq bu tədbirdə iştirakını təsdiqləyib. Rusiya prezidenti Vladimir Putin hələ səfərlə bağlı qərar verməyib.

Eyni zamanda, noyabrın 1-də Rusiya Federasiyası və Amerika Birləşmiş Ştatlarının sammit zamanı əlaqə saxlamayacağı məlum olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN