Ukrayna Silahlı Qüvvələri (USQ) Amerikanın MLRS HIMARS-dan Xersona raket zərbəsi endirib.

RİA Novosti Ukrayna hərbçilərinin hücumu barədə regional fövqəladə hallar xidmətinin nümayəndəsinə istinadən xəbər verir.

Agentliyin həmsöhbətinin sözlərinə görə, Ukrayna qüvvələri şəhərə 6 raket zərbəsi endirib. O, dörd raketin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu qeyd edib. Eyni zamanda, avtovağzalın yaxınlığına, şəhər vətəndaşlarının evakuasiya üçün toplaşdığı yerin yaxınlığına iki raket düşüb. Hazırda zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.

Bundan əvvəl Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya hərbçiləri Donetsk Xalq Respublikası və Xerson vilayətində Amerikanın HİMARS reaktiv yaylım atəş sisteminin 27 mərmisini tutublar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN