Rusiya öz torpaqlarını Amerika Birləşmiş Ştatlarına vermək niyyətində deyil.

Bunu Dövlət Dumasının deputatı Fedot Tumusov ABŞ-ın Vrangel adasına olan “hüquqları” barədə “The Wall Street Journal” nəşrinə cavab verərkən deyib. Onun sözlərini “Gazeta.Ru” sitat gətirir.

Tumusov vurğulayıb ki, Rusiya ərazilərinin ayrılmazlığı Rusiya Konstitusiyasında təsbit olunub. Eyni zamanda, o, Vaşinqtona xatırladıb ki, Alyaska - indi ABŞ ştatı - vaxtilə Rusiyaya məxsus olub.

“Bizim heç kimə bir qarış torpaq vermək məcburiyyətində deyilik. Amma Alyaska bizimdir, qaytarsınlar. Mən dəqiq bilirəm ki, Alyaska Rusiya torpağıdır. Onlar, məncə, rus çarına belə pul vermədilər və alqı-satqı müqaviləsini pozdular. Ona görə də Alyaskanın qaytarılması lazımdır, bu, daha ədalətli olardı”, - deyə parlamentari bildirib.

Bundan əvvəl Amerikanın “The Wall Street Journal” nəşri bəyan etmişdi ki, ABŞ hakimiyyəti Şimal Buzlu Okeanında Şərqi Sibir və Çukçi dənizləri arasında yerləşən Vrangel adasını Rusiyadan almalıdır. 1924-cü ildə ekipajı adada Sovet bayrağını qaldıran "Qırmızı Oktyabr" gəmisi oraya göndərildi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN