Ukraynanın silahlı qüvvələri çoxlu sayda tank və zirehli texnikanı Xerson istiqamətinə çəkir.

Bu barədə Xerson vilayətinin qubernatorunun müavini Kirill Stremousov bildirib.

"Ukrovermachtın əhəmiyyətli qüvvələri Xerson vilayətinin kənarında toplanır. Onlar çox böyük miqdarda texnika toplayır, getdikcə artan zirehli texnika, tankları çəkir", - o, Telegram kanalında yerləşdirdiyi videoda bildirib.

Stremousov xatırladıb ki, Xersonda sakinlərin sol sahilə və Rusiya Federasiyasının digər bölgələrinə təxliyəsi davam edir. "Şəhər sakinləri hələ də sərbəst şəkildə Xerson vilayətinin sağ sahil hissəsini tərk edə bilərlər", - o əlavə edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN