Dünən 11 noyabr tarixində Bolnisi bələdiyyəsinin Müşevani (Dəllər) kəndinin əhalisi kənd mərkəzində etiraz aksiyası keçiriblər.

Tezadlar.az 24News.ge xəbər portalına istinadla bildirir ki, aksiyadan sonra sakinlər kəndin xeyir-şər evində müzakirələr aparıblar. Sakinlərin sözlərinə görə, aksiyanın keçirilməsində əsas məqsəd, dövlətə, Gürcüstan əhalisinə və digər bütün maraqlanan şəxslərə öz səslərini çatdırmaqdır. Onlar bildiriblər ki, Gürcüstan dövləti "RMG Gold" adlı şirkətə Dəllər kəndinin yerləşdiyi dağda qızıl hasilatına icazə verib, lakin kənd əhalisi buna qəti etiraz edir. Sakinlərin sözlərinə görə, kəndin ərzaisində aparılacaq qazıntı işləri kəndi təhlükə ilə üz-üzə qoyacaq. Bu səbəbdən də bir qisim kənd sakini onların köçürülməsini, digər bir qisim isə bunun heç vaxt baş tuta bilməyəcəyini bildirib. 

Gürcüstanın rəsmi qurumları hələki kənd sakinlərinin haqlı etirazına reaksiya verməyib. Lakin görünən budur ki, məsələ xeyli ciddidir, qarşıdurma həddindədir. Sosial şəbəkələrdə isə yazılır ki, qızıl hasil etmək fikrinə düşən şirkətə sahiblik edənlər arasında ermənilər var...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN