Poltava və Xarkov vilayətlərində hava xəbərdarlığı elan edilib.

Poltava vilayətində həyəcan təbili çalması barədə yerli vilayət administrasiyasının rəhbəri Dmitri Lunin məlumat verib.

"Hava hücumu - ərazi! Raket təhlükəsi", - o, Telegram kanalında yazıb.

Bundan bir gün əvvəl, noyabrın 11-də Ukraynanın mərkəzində və şərqində bəzi ərazilərdə hava xəbərdarlığı da elan edilib. Krım körpüsündə törədilən terror aktından sonra demək olar ki, hər gün Ukraynada hava həyəcanı elan edilir.

Oktyabrın 10-da Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasında operativ müşavirədə bəyan edib ki, oktyabrın 8-də Ukrayna xüsusi xidmət orqanlarının Krım körpüsündə törətdiyi terror aktını cavabsız qoymaq olmaz.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin təklifi və RF Silahlı Qüvvələri Baş Qərargahının planı ilə Ukraynanın energetika, hərbi komandanlıq və rabitə obyektlərinə uzaqmənzilli dəqiqlikli silahlarla kütləvi zərbə endirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN