Moskva vilayətinin Odintsovo qarnizonu hərbi məhkəməsi hərbçi Aleksandr Leşkovu rəisini döydüyünə görə həbs edib.

Bu barədə TASS Leşkovun vəkili Anri Tsiskarişviliyə istinadən xəbər verir.

Aleksandr Leşkov 2023-cü il yanvarın 14-dək istintaq təcridxanasında olacaq.

Agentliyin məlumatına görə, noyabrın 13-də “Patriot Park”da təlimlərə baxış zamanı sıravi əsgər səfərbər olan zabitlərə və polkovnik-leytenant Mazanova xidmətin təşkilindən, geyimlə təmin olunmasından və atəş hazırlığından narazılığını ədəbsiz ifadə etməyə başlayıb. Müttəhim çıxışı zamanı siqaretin tüstüsünü rəisin üzünə üfürüb, daha sonra rəis əli ilə Leşkovu itələyib. Amma sıravi əsgər Mazanovun sinəsinə yumruğunu vurub.

Baş verənlərlə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 334-cü maddəsinin 3-cü hissəsi (“Risə qarşı zorakılıq hərəkətləri”) və 336-cı maddəsinin 2-ci hissəsi (“Hərbi qulluqçunu təhqir etmə”) ilə iş başlanıb. Hərbçini 15 ilə qədər həbs gözləyir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN