NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, Ukraynadakı münaqişənin nəticəsi və sülh danışıqlarının hansı mövqedən aparılacağı meydandakı vəziyyətdən və Ukrayna ordusunun döyüş meydanındakı uğurundan asılıdır. Ona görə də Qərb ölkələri və onların müttəfiqləri Kiyevi silahla təchiz etməkdə və maliyyə yardımı göstərməkdə davam edəcəklər.

Bunu Stoltenberq mətbuat konfransında bildirib.

“Çox güman ki, bu müharibə hansısa mərhələdə danışıqlar masası arxasında bitəcək. Eyni zamanda, biz bilirik ki, bu danışıqların nəticəsi döyüş meydanındakı güclə sıx və əsaslı şəkildə bağlıdır. Ona görə də danışıqlar yolu ilə, sülh yolu ilə həllin maksimum ehtimalını təmin etməyin ən yaxşı yolu ukraynalıları döyüş meydanında dəstəkləməkdir”, - deyə baş katib vurğulayıb.

O, silah tədarükünü Kiyevin onun üçün məqbul həllə nail olmaq üçün ən yaxşı yol adlandırıb. Stoltenberq əlavə edib: “Ukraynanın müstəqil və suveren ölkə olaraq qalması üçün əlavə dəstək vermək lazımdır”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN