Rusiya prezidenti Vladimir Putin İnsan Hüquqları Şurasının (İHŞ) üzvlüyündən İqor Kalyapin, Nikolay Svanidze, Yekaterina Vinokurova, Aleksandr Asmolov və İvan Zasurski çıxarılıb.

Müvafiq fərman hüquqi informasiyanın rəsmi portalında dərc olunub.

Sənədə əsasən, dövlət başçısı hazırda Xüsusi Hərbi Əməliyyat (XHƏ) zonasında işləyən hərbi qulluqçu Oleksandr Kotsu İnsan Hüquqları Şurasının yenilənmiş tərkibinə daxil edib.

Bundan başqa, İHŞ-nin yeni üzvləri arasında “Azad Donbass” ictimai hərəkatının rəyasət heyətinin üzvü Yelena Şişkina və başqaları da var.

Bundan əvvəl məlum olub ki, Rusiya prezidenti Vladimir Putin Çeçenistanın yeni prokuroru, əvvəllər Qroznı vilayətinin prokuroru vəzifəsində çalışmış Arsan Adayevi təyin edib. Oktyabrın 28-də dövlət başçısı Adayevin namizədliyini senatorlarla məsləhətləşmələr üçün Federasiya Şurasına təqdim edib. Noyabrın 1-də birgə iclasda dəstəkləndi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN