Amerikalı ekspertlər Krım körpüsündə törədilən terror aktı ilə bağlı yeni qənaətə gəliblər. Onların fikrincə, əməliyyat ya ehtiyatlı planlaşdırma, ya da şans sayəsində uğurlu alınıb.

Bu barədə “The New York Times” yazır.

"Bunun (Kerç körpüsünün qismən dağılmasının) baş verməsi üçün çox şey mükəmməl işləməli idi" dedi Exponent-in baş mühəndisi Vijay K. Saraf.

Bir neçə mühəndisin fikrincə, bomba bir-iki dəqiqə sonra partlasaydı, partlayışın vurduğu zərər daha çox ola bilərdi. Yük maşını artıq körpünün üzən polad tağlarla bərkidilmiş böyük, hündür hissəsinə yamacla qalxmağa başlamışdı.

Wiss, Janney, Elstner Associates şirkətinin inşaat mühəndisi Adam Evans hesab edir ki, bombardmançıların məqsədi magistral yolu zədələmək deyil, dəmiryolunu partlatmaq niyyətində olub. “Düşünürəm ki, (hücumun təşkili) daha çox buna bənzəyir: “Biz bu körpünün üzərinə bomba qoyub çoxlu ziyan vuracağıq” dedi Evans.

Mütəxəssislər partlayışın uzaqdan həyata keçirildiyini irəli sürdülər, çünki belə bir partlayışı vaxtında hesablamaq çətindir.

Kerç boğazı üzərindən keçən körpüdə partlayış oktyabrın 8-də səhər saatlarında baş verib. Yük maşınının partlaması nəticəsində avtomobil nəqliyyatı üçün körpünün bir neçə aşırımı dağılıb. Bundan sonra Krım körpüsü ilə hərəkət edən qatarın quyruğunda yanacaq çəni yanıb. Dörd nəfər həlak olub, daha bir neçə nəfər itkin düşüb. Rusiya prezidenti Vladimir Putin Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə görüşündə fövqəladə vəziyyəti terror aktı adlandırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN