G20 sammiti çərçivəsində Balidə keçirilən ikitərəfli görüşdə Çin prezidenti Si Cinpin ABŞ prezidenti Co Baydenə deyib ki, Tayvan məsələsi ölkələr arasında münasibətlərdə əsas qırmızı xəttdir.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Belə ki, Çin lideri Tayvan məsələsinin tarixini və Pekinin mövqeyini açıqlayıb. "Çin rəhbəri açıq şəkildə bildirdi ki, Tayvan məsələsi Çinin əsas maraqlarının özəyi, siyasi təməli və Çin-ABŞ münasibətlərində keçilə bilməyən əsas qırmızı xəttdir", - mətndə deyilir.

Bu xüsusda Xi vurğulayıb ki, beynəlxalq münasibətlər normalarına və Çin-ABŞ birgə üç kommünikesinə riayət Çin-ABŞ münasibətlərinin ən mühüm müdafiəsi və sığortasıdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN