Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin Suriyanın şimalındakı problemləri müstəqil şəkildə həll etmək hüququ var.

Ərdoğanın sözlərini TASS sitat gətirib.

Onun sözlərinə görə, Ankara sərhədlərin təhlükəsizliyini təmin etməkdə qərarlıdır. Ərdoğan həmçinin bildirib ki, Türkiyənin Suriya və İraqa zərbələri hələ başlanğıcdır. “Bizim üçün ən əlverişli vaxtda əməliyyata başlayacağıq. Suriya və İraqdakı administrasiyalar özlərini təhlükə hiss etməməlidirlər. Biz bu ölkələrin ərazi bütövlüyünü təmin etmək niyyətindəyik”, - deyə o vurğulayıb.

Bundan əvvəl Ərdoğanın Bali adasında keçirilən G20 sammitindən qayıdandan sonra Suriya və İraqda hərbi əməliyyatların keçirilməsi barədə göstəriş verdiyi bildirilirdi.

Bazar günü, noyabrın 20-də Türkiyə ordusunun İraq və Suriyanın şimalında keçirdiyi hava əməliyyatı zamanı terrorçuların bazalarını məhv etdiyi məlum olub. Zərbələrin Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) aid F-16 qırıcıları və pilotsuz uçan aparatları tərəfindən Suriyada dörd, İraqda isə bir bölgədə endirilməsi dəqiqləşdirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN