Rusiya Federasiyasının Müdafiə Nazirliyi gündəlik hesabatında bildirib ki, Rusiya hərbçiləri Xarkov vilayətinin Tabaevka şəhərində Ukrayna Silahlı Qüvvələrinin yerləşdiyi yerə zərbələr endirib, 65 yaraqlı məhv edilib.

"Kupyansk istiqamətində Xarkov vilayətinin Tabaevka qəsəbəsi ərazisində Ukrayna Silahlı Qüvvələrinin rotasiya taktiki qrupunun yerləşdiyi yer də atəşə tutulub. 65 ukraynalı hərbçi, iki piyada döyüş maşını və iki pikap məhv edilib", - məlumatda deyilir.

Həmçinin, Müdafiə Nazirliyi Rusiya Aerokosmik Qüvvələrinin iki Ukrayna təyyarəsini vurduğunu bildirib. Söhbət Su-25 hücum təyyarəsi və MiQ-29 qırıcısından gedir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN