Avropa İttifaqı Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi çərçivəsində pilotsuz uçuş aparatları (PUA) ilə bağlı sektora məhdudiyyətlərin tətbiqi imkanını nəzərdən keçirir.

Bu barədə Bloomberg məlumat yayıb.

Məlumata görə, yeni məhdudiyyətlər təklifi bu həftə rəsmi şəkildə təqdim oluna və müzakirə oluna bilər. Aİ gələn həftə icma liderlərinin görüşünə qədər sanksiyalar paketini razılaşdırmağı planlaşdırır.

Daha əvvəl "Politico" qəzeti diplomatlara istinadən xəbər verib ki, Avropa Komissiyası və Aİ ölkələrinin nümayəndələri həftə sonu Moskvaya qarşı doqquzuncu sanksiyalar paketinin hazırlanmasını müzakirə ediblər. Sanksiya siyahılarına 180 yeni vəzifənin əlavə edilməsi təklif edilir. Nəşrin məlumatına görə, texnologiya, maliyyə və media sahəsi ilə bağlı tədbirlər də müzakirə edilir.

Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başladığı fevral ayından bəri Avropa İttifaqı artıq Rusiyaya qarşı 8 sanksiya paketi tətbiq edib. Son sanksiyalar paketi oktyabrın əvvəlində təsdiq edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN