Gürcüstan hakimiyyəti Ukraynaya hərbi yardım göstərə bilməz və etməyəcək.

Bu barədə çərşənbə axşamı jurnalistlərə Gürcüstan parlamentindəki “Gürcü arzusu”nun hakim fraksiyasının sədri Mamuka Mdinaradze bildirib.

Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andriy Kasyanov bir müddət əvvəl bildirib ki, Kiyev hərbi və ya ikili təyinatlı texnikanın ötürülməsi xahişi ilə Tbilisiyə dəfələrlə müraciət edib, lakin müraciətlərə məhəl qoyulmayıb.

Mdinaradze deyib: "Gürcüstan Ukraynaya tam və mütləq siyasi dəstək verir. O, həmçinin öz imkanlarından kənar humanitar yardım göstərir, lakin biz hərbi yardım göstərə bilmərik və etməyəcəyik".

Deputat hərbi dəstəkdən imtinasını Gürcüstanın Abxaziya və Cənubi Osetiya timsalında öz problemlərinin olması ilə izah edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN