Hazırda Ukrayna ilə bağlı danışıqların perspektivi yoxdur.

Bunu jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Eyni zamanda, Peskov qeyd edib ki, Ukrayna böhranının nəticəsi “ədalətli və davamlı sülh” olmalıdır.

"Ancaq hər hansı danışıqların perspektivlərinə gəlincə, biz onları hazırda görmürük", - Rusiya prezidentinin mətbuat katibi fikrini yekunlaşdırıb.

Moskva dəfələrlə danışıqlara açıq olduğunu bəyan edib. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, prezident Vladimir Putin “maraqlarımızı təmin etmək üçün” vəziyyəti müzakirə etməyə hazır idi və hazırdır. Peskovun qeyd etdiyi kimi, Rusiya ilə Qərb arasında dialoq dövlətlərin irəli sürdüyü tələblər – “Rusiya Federasiyasının Ukraynadan çıxarılması” və referendumlardan sonra Rusiyanın tərkibinə daxil olmuş yeni regionların tanınmaması ilə xeyli mürəkkəbləşib.

Noyabrın 29-da Dmitri Peskov Ukraynanın özünün “siyasi iradə” nümayiş etdirmədiyinə və Moskva ilə danışıqlar aparmadığına diqqət çəkib. "Ukrayna tərəfi danışıqları qəti şəkildə inkar edir", - Peskov bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN