Ukrayna prezidenti Vladimir Zelenski Amerika lideri Co Baydenlə söhbətində bildirib ki, raket zərbələri nəticəsində ölkənin enerji infrastrukturunun 50%-i məhv olub. Bu barədə bazar ertəsi Zelenskinin saytında məlumat verilib.

Ukrayna prezidenti həmçinin Ukraynanın enerji sisteminin bərpası üçün ABŞ-ın göstərdiyi yardımı qeyd edib və bu sahədə əməkdaşlığın dərinləşməsinə ümid etdiyini bildirib.

Bundan əlavə, Zelenski Baydeni hava hücumundan müdafiə sisteminin formalaşmasına kömək etməyə çağırıb.

Bayden bir müddət əvvəl Zelenski ilə telefon danışığı apardığını bildirmişdi. ABŞ prezidenti Ukraynaya iqtisadi, humanitar yardım, eləcə də təhlükəsizlik sahəsində yardım göstərmək və “Rusiyanı məsuliyyətə cəlb etmək” öhdəliyini bir daha təsdiqləyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN