Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə Bakı, İrəvan və Moskva arasında üçtərəfli sazişlərin icrasını müzakirə edib.

Bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Rusiya və Azərbaycan prezidentləri sonuncu dəfə noyabrın 26 və 22-də telefonla danışıblar. Sonra liderlər üçtərəfli sazişlərin icrası, Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpası məsələlərini də müzakirə ediblər.

“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr və bu il oktyabrın 31-də imzalanmış sazişlərin həyata keçirilməsinin bəzi praktiki aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistika əlaqələrinin bərpası planları müzakirə olunub”, - məlumatda deyilir.

Kreml qeyd edib ki, gələcək əlaqələr barədə də razılıq əldə olunub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN