İran hakimiyyəti bazar ertəsi sanksiyalar siyahısını genişləndirərək Böyük Britaniya və Aİ-dən olan bir sıra fiziki və hüquqi şəxsləri, o cümlədən terrorizmi dəstəkləmək və nifrəti qızışdırmaqda ittiham edib.

TASS-ın məlumatına görə, müvafiq bəyanatlar bazar ertəsi İslam Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən dərc edilib.

Bildirilir ki, bu şəxslərə qarşı sanksiyalar “terrorçuluğa və terrorçu qruplara dəstək məqsədilə qəsdən hərəkətlər”, habelə iğtişaşlara, terror aktlarına və qanun pozuntularına səbəb olan “nifrət nitqi, terrorizmə və zorakılığa çağırış”a görə tətbiq edilib. Çünki İran xalqına qarşı iğtişaşlara, terror hücumlarına və insan haqlarının pozulmasına səbəb olub. Aİ-dən 5 hüquqi və 10 fiziki şəxs, həmçinin 4 təşkilat və Böyük Britaniyadan 13 nəfər məhdudiyyətlərə məruz qalıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN