Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyasında  iştirak edən Azərbaycanın QHT nümayəndələri, ekofəallar erməni əsilli həmvətənlərinə təcili tibbi yardım göstərilməsinə kömək etməyə hazırdırlar.

Bu barədə nümayişin liderlərindən biri D.Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri  Dilarə Əfəndiyeva bildirib.

O, xatırladıb ki, Ermənistan KİV-də  bəzi erməni əsilli Azərbaycan vətəndaşlarının tibbi yardıma ehtiyacı olması, bunun üçün aksiyanın keçirildiyi yoldan keçməli olduqları barədə məlumatlar yayılır.

“Mən bir qadın və bir ana kimi Rusiya sülhməramlılarının müvəqqəti cavabdehlik zonasında olan Xankəndində və Azərbaycanın digər şəhər və kəndlərində yaşayan vətəndaşlarımızı əmin edə bilərəm ki, biz dinc aksiyanın təşkilatçıları kimi bu insanlara  təcili tibbi yardım göstərilməsində səmimi olaraq maraqlıyıq”, - deyə o, vurğulayıb.

Əfəndyeva izah edib ki, o, hər kəsə öz telefon nömrəsini verir - +994 50 311 02 33. Xəstələrin daşınması ilə bağlı təşkilati məsələləri müzakirə etmək üçün hər zaman ona müraciət edə bilərsiniz.

"Məhz belədir ki, insanlar arasında təmaslar vasitəsilə radikalların və millətçilərin yaxınlaşmağımıza mane olmaq cəhdlərinə baxmayaraq, biz Azərbaycanda dinc və harmonik birgə yaşayışa yenidən qayıdacağıq”, - deyib.

Həmçinin aksiya iştirakçıları adından bəyan edib ki, bəzi fərdi avtomobillərin ərazidən keçməsi üçün lazımi yardımı göstərməyə hazırdırlar və eyni zamanda da aksiya davam etdiriləcək.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.Lakin Rusiya sülhməramlıları buna imkan verməyib. Əksinə, əraziyə erməni separatçıları yığılıb və nümayəndələrimizi təxribata cəlb etmək istəyiblər.

Daha sonra Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin, ekofəallar ərazi gedib və sülhməramlıların komandiri Volkovla görüşmək istədiklərini bildirdikdə isə sülhməramlılar əraziyə ağır texnika cəlb etməyə başlayıblar.

***

Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyasının artıq ikinci gündür. Etirazçılar cavab gözləyirlər...

JASMİN 

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN