Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, ilin sonuna qədər Rusiya qoşunlarının Ukraynadan çıxarılmasından söhbət gedə bilməz. Eyni zamanda o vurğulayıb ki, sülhə nail olmaq üçün Rusiyaya yeni regionların daxil olması ilə bağlı yeni reallıqları nəzərə almaq lazımdır.

Kreml sözçüsü Rusiya Federasiyasının bu ilin sonuna qədər qoşunların Ukraynadan çıxarılmasına başlamaq imkanını nəzərdən keçirib-görməməsi ilə bağlı sualı cavablandırarkən, "Bu barədə söhbət gedə bilməz" deyib.

"Ukrayna tərəfi bütün bu müddət ərzində formalaşmış reallıqları nəzərə almalıdır", - Peskov bildirib. "Bu reallıqlar göstərir ki, Rusiya Federasiyasının yeni subyektləri var, onlar bu ərazilərdə keçirilən referendumlar nəticəsində yaranıb", - Kreml sözçüsü vurğulayıb. O, əmindir ki, "bu yeni reallıqları nəzərə almadan [tənzimləmə üzrə] hər hansı irəliləyiş mümkün deyil".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN